Mehriban Əliyeva Əlibaba Məmmədovu “Şərəf” ordeni alması münasibətilə təbrik edib - FOTO

00:40 05-02-2020 509

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Xalq artisti Əlibaba Məmmədovu 90 illik yubileyi və “Şərəf”  ordeni alması münasibətilə paylaşım edib.

Paylaşımda deyilir: “Dərin tarixi köklərə malik Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı, Azərbaycan Respublikasının Xalq artisti Əlibaba Məmmədovu 90 illik yubileyi və “Şərəf” ordeni ilə təltif olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti Əlibaba Məmmədova bütün xalqımızın böyük sevgi və hörmətini qazandırmışdır. Zəngin təcrübəsindən istifadə edərək yeni xanəndələr nəslinin yetişdirilməsi üçün əlindən gələni əsirgəməyən Əlibaba Məmmədovun muğam ifaçılığı məktəbinin inkişaf etdirilməsində böyük xidmətləri var.

Bu əlamətdar gündə sevimli xanəndəmizə ən xoş arzularımı çatdırır, ona möhkəm cansağlığı və doğma və yaxınlarının əhatəsində firavan həyat arzulayıram”.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Dərin tarixi köklərə malik Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı, Azərbaycan Respublikasının Xalq artisti Əlibaba Məmmədovu 90 illik yubileyi və “Şərəf” ordeni ilə təltif olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti Əlibaba Məmmədova bütün xalqımızın böyük sevgi və hörmətini qazandırmışdır. Zəngin təcrübəsindən istifadə edərək yeni xanəndələr nəslinin yetişdirilməsi üçün əlindən gələni əsirgəməyən Əlibaba Məmmədovun muğam ifaçılığı məktəbinin inkişaf etdirilməsində böyük xidmətləri var. Bu əlamətdar gündə sevimli xanəndəmizə ən xoş arzularımı çatdırır, ona möhkəm cansağlığı və doğma və yaxınlarının əhatəsində firavan həyat arzulayıram. Искренне поздравляю достойного продолжателя азербайджанской школы ханенде, Народного артиста Азербайджанской Республики Алибабу Мамедова по случаю 90-летнего юбилея и награждения орденом «Шараф»! Оригинальная манера исполнения, мелодичный голос и высокая сценическая культура снискали ему всенародную любовь и уважение. Алибабе Мамедову, благодаря своему богатому опыту сделавшему все возможное для воспитания нового поколения ханенде, принадлежат большие заслуги в развитии школы исполнения мугама. В этот знаменательный день передаю нашему любимому ханенде свои наилучшие пожелания и желаю ему крепкого здоровья и счастливой жизни в окружении родных и близких. #MehribanƏliyeva #MehribanAliyeva #Azərbaycan

Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)'in paylaştığı bir gönderi ()