Qubada cinayətkarlar öz qohumlarını qarət etdilər – VİDEO

05:20 05-02-2020 640

Qubada qohumlarının evlərinə qarət edən şəxslər saxlanılıb.

HerGun.Az xəbər verir ki, rayonun Qamqam kəndi ərazisində yerləşən iki fərdi yaşayış evindən mis qabların və digər əşyaların oğurlanması ilə bağlı Quba rayon Polis şöbəsinə məlumat verilib.

Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən kənd sakini Mətləb Neymətullayev saxlanılıb.

Dindirilmə zamanı o törətdiyi əməli etiraf edərək əmisindən kömək istədiyini lakin ona yardım etmədiyini deyib.

Analoji hadisə rayonun Gültəbə kəndində də qeydə alınıb.

Kənd sakini Araz Şıxbabayevə məxsus “Samsung” markalı mobil telefon yaşadığı evdən oğurlanıb.

Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində məlum olub ki, telefonu oğurlayan zərərçəkmişin dayısı oğlu İsmayıl Adilov olub.

Tutduğları əməldən peşman olan hər iki şəxs məsuliyyətə cəlb olunub.

Onların başqa cinayət hadisələrində iştirak edib-etməmələri araşdırılır.