Elnur Allahverdiyev sadə vətəndaşlarla bir arada - FOTO

13:20 05-02-2020 405

Yeni Azərbaycan Partiyasının (YAP) 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədi Elnur Allahverdiyev seçkiqabağı təşviqat kampaniyası çərçivəsində sadə vətəndaşlarla görüşlər keçirib. 

HerGun.Az xəbər verir ki, bununla bağlı Elnur Allahverdiyev “Facebook” səhifəsində məlumatlar paylaşıb. 

Deputatlığa namizədin görüşdüyü sakinlər arasında oğlu Qarabağ müharibəsinin iştirakçısı olan Sübhi xanım da olub. O, rayon sakininin problemləri ilə maraqlanıb. 

Bundan başqa, deputatlığa namizəd Sovet İttifaqı Qəhrəmanı, xalqımızın igid oğlu Mehdi Hüseyinzadənin adını daşıyan, qəhrəmanımızın bacısı oğlu Mehdi Əzizbəyovla danışıb. M.Əzizbəyov E.Allahverdiyevin seçki kampaniyasına dəstək verək üçün qərargaha baş çəkib.

Daha sonra E.Allahverdiyev Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının binasında yerli ağsaqqallarla görüşüb. 

Deputatlığa namizəd 88 yaşlı Gülnaz Hüseynzadənin ad günü ilə bağlı evində qonaq olub və onu təbrik edib. E.Allahverdiyev ev sahibləri ilə görüşdən xoş təəssüratla ayrıldığını deyib. 

E.Allahverdiyev görkəmli şairimiz Mikayıl Müşfiqin doğulub boya-başa çatdığı evin yerləşdiyi ərazidə də seçiciləri ilə görüşüb. O bildirib ki, Müşfiqin adının bu məhəllədə əbədiləşdirilməsi ərazidə yaşayan sakinlərin arzularının gerçəkləşməsinə yönəlmiş addımlardan biri, bəlkə də, birincisi olacaq.

Bununla yanaşı, E.Allahverdiyev Əbdül dayının, Şəmiyevlər ailəsinin, İbrahimxəlilovla ailəsinin qonağı olub və onların problemlərini dinləyib, seçki platforması ilə bağlı seçicilərini məlumatlandırıb.