Madonna şahzadə Harri və Meqan Markla mənzilini təklif etdi - VİDEO

15:00 05-02-2020 542

Amerikalı müğənni Madonna şahzadə Harri və xanımı Meqan Markla Nyu-Yorkdakı ona məxsus olan evdə yaşamağı təklif edib.

Lenta.ru-nun məlumatına görə, bu barədə ulduz müğənni özünün “Instagram” səhifəsində məlumat verib. 

Videoda Madonna şahzadə Harri və Meqan Marklın köçdüyü Kanadada həyatın çətinliyi barədə danışır.

“Kanadaya qaçmayın, ora darıxdırıcıdır. Mən sizə Yuxarı Vest-Saytdakı mənzilimi kirayələmənizə icazə verərəm. Orada iki yataq otağı var, pəncərədən isə Manhettenin gözəl mənzərəsi görünür, eyvanı da var”, - deyə o bildirir.

Videonun altında Madonna belə bir sualla müraciət edir: “Meqan və şahzadə Harri mənim mənzilimi kirayə götürmək istəyər?”

Xatırladaq ki, şahzadə Harri və Meqan Markl yanvarın 8-də krallıq səlahiyyətlərindən və kral ailəsinin böyük üzvləri vəzifələrindən azad olduqlarını elan ediblər, bundan sonra maddi cəhətdən müstəqil olmaq istədiklərini bildiriblər. Yanvarın 20-də isə Sasseks hersoqu Böyük Britaniyadan Kanadanın Vankuver şəhərinə xanımının və səkkiz aylıq oğlu Arçinin yanına gedib. Hazırda ailə Kanadada “Mille Fleurs” malikanəsində yaşayır.