Türkiyədə qar uçqunu faciəsi: Ölənlərin sayı artdı - YENİLƏNİB

18:00 05-02-2020 326

Türkiyənin Van-Bahçesaray magistralının 33-cü kilometrliyində qar uçqunu nəticəsində həlak olanların sayı 26-ya yüksəlib. 

“Hürriyət”in məlumatına görə, bu barədə Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyi xəbər yayıb.

Qeyd edilib ki, 53 nəfər isə yaralanıb.

16:27

Türkiyənin Van-Bahçesaray magistralının 33-cü kilometrliyində baş verən uçqun zamanı ölənlərin sayı 21-ə çatıb. 

“Haber7” xəbər verir ki, bununla bağlı Van valisi Mehmet Emin Bilmez məlumat verib. 

Onun sözlərinə görə, ölənlərdən səkkizi polis, üçü təhlükəsizlik əməkdaşı, biri xilasedici, doqquzu isə sadə vətəndaşdır. 

15:14

Türkiyədə qar uçqunu nəticəsində qarın altında qalan mikroavtobusdakı iki nəfərin xilas edilməsi üçün aparılan axtarışlar zamanı növbəti faciə baş verib. 

“Hürriyet” xəbər verir ki, axtarış-xilasetmə əməliyyatı aparılan zaman ərazidə növbəti qar uçqunu baş verib.

Qeyd edək ki, uçqun Van-Bahçesaray magistralının 33-cü kilometrliyində qeydə alınıb. Əraziyə əlavə qüvvələrin cəlb edilməsindən sonra qar altında qalan 30-dan çox insanın axtarışlarına başlanılıb.

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu baş vermiş faciədə səkkiz nəfərin həlak olduğunu açıqlayıb.