Meqan Foksun oğlu yenə qız paltarında görüntüləndi - FOTO

00:20 06-02-2020 495

Məşhur aktrisa və model Meqan Foksun oğlunun yeni görüntüləri dünya mətbuatının gündəminə səs salıb.  

HerGun.Az xəbər verir ki, Noa atası ilə birgə getdiyi tədbirə “Buz ürək” filmdən hamımızın yaxşı tanıdığımız baş qəhrəmanlardan biri Elzanın libasından geyinib.  

Meqanın əri Brayn Ostin Qrind oğlunun qız paltarı geyinməsini bu cür şərh edib: “Oğlumun qız paltarlarına olan meylini normal qəbul edirəm. Burada pis bir şey yoxdur”.  

Qeyd edək ki, Meqan və Brayn 2010-cu ildə evləniblər və onların bu nikahdan üç uşağı var: Noa, beş yaşlı Bodhi və üç yaşlı Corni Rivera.  

Valideyinlər hər üç oğlan övladlarına qız paltar geyinməyə və saç uzatmağa icazə verdiklərini bildiriblər. 

Rəşad Əliyev