Azərbaycan vətəndaşına xəstə olduğu üçün Rusiyada yaşamaq icazəsi verildi

02:00 06-02-2020 395

Rusiyanın Dağıstan Daxili İşlər Nazirliyinin əməkdaşları Azərbaycan vətəndaşı olan qadına yaşayış icazəsi veriblər.

Bu barədə Dağıstan Daxili İşlər Nazirliyinin saytı məlumat yayıb.

Qadın ağır xəstə olduğu üçün qızı onu yanına, Dağıstana gətirib və yaşayış icazəsi tələbi ilə müraciət edib.

Etnik dağıstanlı olan filoloq Umuqyuz Hamzatova uzun müddət müəllim işləyib. Onun xəstə olmasına görə dövlət xidmətlərinin sürətləndirilməsi prinsiplərini rəhbər tutaraq, Dağıstanda Daxili İşlər Nazirliyinin rəhbərliyinin tapşırığı ilə əməkdaşlar lazımi sənədləri qadına onu evində ziyarət edərək təhvil veriblər.