İraqda toqquşmalar: 80-dən çox insan xəsarət aldı

03:00 06-02-2020 347

İraqın Nəcəf şəhərində baş verən toqquşmalar nəticəsində ən azı 85 nəfər xəsarət alıb.

“Al-Sumaria” xəbər verir ki, toqquşmalar nümayişçilər və nüfuzlu şiə dini lideri Müqtəda əs-Sədrin tərəfdarları arasında baş verib.

2019-ci ilin oktyabr ayından davam edən etirazların iştirakçıları hökümətin istefasını tələb edir.

İraq prezidenti Bəhram Salehi bu günədək etirazlar və toqquşmalar səbəbindən 600 nəfərin həyatını itirdiyini qeyd edib.