ABŞ-da 12-ci adam koronavirusa yoluxub

07:20 06-02-2020 341

ABŞ-da artıq 12 adam yeni növ koronavirusa yoluxub.

“RİA Novosti” xəbər verir ki, koronavirusa yoluxan ölkənin Viskonson ştatının sakini olub.

Ştatda 10 nəfər koronavirusa yoluxma şübhəsi ilə müayinədən keçib.

Onlardan yeddisinin nəticəsi mənfi, birinin nəticəsi isə müsbət olub.

Daha iki nəfərin analizlərinin cavabları hələ çıxmayıb.