Göyərçinləri yemləyənlər cərimələnəcək - Rusiyada

10:45 09-07-2019 723

Rusiyanın Maqadan şəhərində göyərçinləri yemləyənlər 2,5 mindən 5 min rubladək cərimə ediləcəklər.

RİA Novosti” xəbər verir ki, Maqadan meriyasının əməkdaşları bununla bağlı şəhərin müxtəlif rayonlarında xəbərdarlıq lövhələri quraşdıracaqlar.

Şəhər İcra Hakimiyyəti hesab edir ki, quşlar tullantıların yayılmasına kömək edir, göyərçin peyini isə bələdiyyənin quraşdırdığı bədii obyektləri korlayır.

Maqadanlılar meriyanın bu addımını birmənalı qarşılamayıblar.