Deputatlığa namizəd Zaur Darabzadə seçicilərin işini rahatlaşdırdı - VİDEO

18:20 06-02-2020 431

23 saylı Nəsimi-Səbail dairəsindən deputatlığa namizəd Zaur Darabzadə seçicilərinin həmin dairəni əhatə edən ünvanlarla tanış ola bilməsi üçün maarifləndirici videomaterial paylaşıb.

Videoda həmçinin dairəyə daxil olan səsvermə məntəqələrinin ünvanları da yer alıb.

Namizəd seçicilərinə səslənərək qeyd edib:

“Səs verəcəyiniz məntəqələrin dəqiq ünvanını öyrənmək üçün hazırladığımız bu videonu izləməyiniz kifayətdir. Bundan başqa, 055 520 2020 nömrəmizin “WhatsApp”ına yazaraq sakini olduğunuz dairə və səs verəcəyiniz məntəqə haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz. Bunun üçün adınız, soyadınız, ata adınız və doğum tarixinizi şəxsiyyət vəsiqənizdə göstərildiyi kimi qeyd etməyiniz kifayətdir”.