Bu ölkədə evlərdə kranlardan su yerinə spirtli içkilər axdı

03:40 07-02-2020 465

Hindistanın Kerala ştatında yerləşən çoxmənzilli binalardan birində su kranlarından spirtli içkilər axmağa başlayıb.

“BBC” xəbər verir ki, binanın sakinləri yaranmış vəziyyətdə yerli hakimiyyət orqanlarını günahlandırır.

Onlar su içə və çimə bilmədiklərindən şikayətlənirlər.

“Biz işə gedə bilmirik, uşaqlarımız isə məktəbə. Su içə bilmirik. Çiməndə isə üzərimizdən pivə, brendi və rom qarışığının qoxusu gəlir”, - deyə qəzəblənmiş sakinlər bildiriblər.

Məlum olub ki, binanın yaxınlığında yerin altına altı min ton müsadirə edilmiş spirtli içkilər basdırılıb.

Spirtli içki isə su borularına sızaraq bina sakinlərinə bu cür problem yaradıb.