Rusiyada sığınacaqdan götürülən iti öldürüb yedilər – FOTO

06:00 07-02-2020 317

Saxalində yerləşən heyvan sığınacaqlarından birinin əməkdaşları oranın sakini olan itlərdən birinin acı aqibətindən şok olublar.

“The Sun” xəbər verir ki, sığınacağa gələn bir qadın həyəti qorumaq üçün it istədiyini bildirib.

Ona heyvanları göstərdikdə, “Nika” ləqəbli böyük cinsiz iti götürüb.

Bütün sənədlər qaydasına gətirildikdən sonra iti qadına veriblər.

Lakin bir gündən sonra itin yaşayış şəraitini yoxlamaq üçün sənəddə qeyd olunan ünvana gələn sığınacağın könüllüsü orada iti tapmayıb.

Yerli sakinlər isə itin yaxınlıqdakı boş evə aparıldığını bildiriblər.

Məlum olub ki, həmin evdə iti öldürüblər və ondan bulyon bişirib yeyiblər.

Evə gələn könüllü orada dəmir vedrənin içində it ətindən bişirilmiş yeməyi aşkar edib.

Sığınacağın rəhbərliyi itin başına bu oyun gətirən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.