Ağır xəstəlik yeddi yaşlı qızı “daşa döndərir” – FOTO/VİDEO

07:40 07-02-2020 403

Hindistanın Çxattisqarh ştatında yaşayan yeddi yaşlı Radjeşvari müalicə olunmayan ağır xəstəlikdən əziyyət çəkir.

“Daily Mail” xəbər verir ki, epidermolitik ixtioz səbəbindən uşaq zaman keçdikcə “daşlaşır”.

Qızın əlləri, ayaqları, qarnının və belinin böyük hissəsi çatlamış, pulcuqvari qabıqla örtülüdür.

Yeddi yaşlı qız bu xəstəlikdən çox əziyyət çəkir, çünki nə otura, nə də gəzə bilir.

Xəstəlik müalicə olunmasa da, onun simptomlarını yüngülləşdirmək mümkündür. Lakin bunun üçün valideynləri qızı uzaqda yerləşən xəstəxanaya aparmalı olurlar və bu onlar üçün maddi baxımdan çox çətindir.