Azərbaycan səmasında naməlum uçan obyekt göründü - VİDEO

08:20 07-02-2020 517

Azərbaycanda havada hərəkət edən naməlum obyekt görünüb.

“Report” xəbər verir ki, dairəvi formada olan qeyri adı obyekt ötən gün saat 20:00 radələrində İmişli şəhəri ərazisində qeydə alınıb.

Naməlum obyekt təxminən beş dəqiqə müddətində yerdən 500-600 metr hündürlükdə hərəkət edib və adi gözlə aydın müşahidə edilib.

Bəzi sakinlər tərəfindən telefonla qeydə alınan cisim bir neçə müddət səmada dayandıqdan sonra anidən gözdən itib.

Qeyd edək ki, bundan əvvəl də Azərbaycanın müxtəlif ərazilərində uçan naməlum obyektlərin görüntüləri qeydə alınıb.