Səkkiz nəfərin ölümünə səbəb olan sürücü tutuldu

11:09 09-07-2019 590

Masallıda səkkiz nəfərin ölümünə səbəb olan sürücü saxlanılıb.

HerGun.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, bu, 1986-cı il təvəllüdlü Mustafayev Nizami Malik oğludur.

Xatırladaq ki, bu gün “Mercedes Vito” markalı mikroavtobus eyni istiqamətdə hərəkətdə olan “KAMAZ” markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində səkkiz nəfər ölüb.

Hadisənən dəqiq səbəbləri araşdırılır.

Rövşən Mövlan