VƏTƏNPƏRVƏR

11:27 07-02-2020 154

Hər bir insan  dünyaya   bir dəfə gəlir. Dünyaya gəlişiylə də onun alın yazısı yazılır. Bu alın yazısını Uca Tanrıdan  başqa kimsə bilmir. Kimsə bilmir ki, bu insan gələcəkdə kim olacaq, hansı işin, peşənin sahibi olacaq,insanları, vətənini sevəcəkmi, ya sevməyəcəkmi..

Keçmişi varaqlasaq orada igid, mərd, qəhrəman babalarımızın keçdiyi şərəfli yolların izinə rast gələrik. Doğma Vətəni qorumaq, torpaqlarımıza sahib çıxmaq, ata-babalarımızdan bizlərə miras qalan torpağı qorumaq üçün  Vətən uğrunda mübarizə aparmaq əsas şərtdir. Bu amal vətənpərvərliyin şərtlərindəndir.Əsil vətənpərvər isə Vətənə, doğulduğu yurda məhəbbətini  sözdə deyil, gördüyü işdə, çəkdiyi zəhmətdə, fəaliyyətində göstərir. Elə buna görə də vətənpərvərliyin  meyarı söz ilə əməlin üst-üstə düşməsidir. Sözü ilə əməli üst-üstə düşən bir şair tanıyıram. O, Vətənimizdən çox uzaqlarda  yaşamasından asılı olmayaraq daima Müstəqil, Suveren Azərbaycanımızla fəxr edir, ölkəmizin inkişafından, qüdrətlənməsindən, inamla  işıqlı sabahlara  irəliləməsindən  qürur duyur. Uzun illərdir ki, qürbətdə -Rusiya Federasiyasının  paytaxtı Moskva şəhərində yaşayan Babakişi Beyləqaninin həyat yolu çoxları üçün örnəkdir desəm yanılmaram. Ömrünün  əlli ilə yaxın bir dövrünü qürbətdə yaşayıb, doğma dilimizi unutmayan,daima  Azərbaycançılıq ideyası ilə yaşayaraq  ölkəmizi qürbətdə ləyaqətlə təmsil etmək hər kəsə nəsib olmayır. Qəlbi həmişə Azərbaycanla döyünən  bu vətənpərvər şairin Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığı insanda heyrət doğurur. “Eşq ol­sun, - de­yi­rəm, sə­nə, ay Və­tən!” şeirində vətənini sevən şair deyir:

 

Və­tə­ni seyr et­dim, Və­tə­ni sev­dim,

Dağ­la­rın­dan aş­dım, düz­lə­rə gəl­dim.

Hər yer­də şad gö­rüb el­lə­ri­mi mən,

Eşq ol­sun, - de­yi­rəm, sə­nə, ay Və­tən!

 

Ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra ilk illər-1991-1993-cü ilin  yay aylarına kimi çox ağır günlərini yaşadı. Nə yaxşı ki, xalqımızın ümummilli lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtdı. Bu qayıdış ölkəmizin tarixin səhifəsindən silinməsinin qarşısını aldı.Ümummilli liderimiz Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik ideyaları bugünkü inkişafımızın təməlini təşkil edir. Ulu öndərin milli şüur – vətənpərvərlik şüuru elmi yanaşması xalqımızın vətənpərvərlik tərbiyəsində əvəzsiz nümunəyə çevrilib, vətəndaşlarımıza Vətən sevgisi aşılayıb. Dahi şəxsiyyətin fikrincə, Vətən yalnız coğrafi ərazi deyil, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının şan-şöhrəti, qeyrəti, əyilməz vüqarı, qürur mənbəyi, bütün varlığı, taleyi, gücü, qüdrəti, əbədi səcdəgahıdır. Bugünkü müasir, müstəqil, çiçəklənən Azərbaycan bütün varlığını, ömrünü, zəkasını öz xalqına, millətinə həsr etmiş ulu öndərimiz Heydər Əliyevin bizə ən müqəddəs, ən ülvi əmanəti, yadigarıdır. Bu əmanəti qorumaq isə hər birimizdən Vətəni sevməyi, qorumağı tələb edir.

Demokratik, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu yolu ilə gedən Azərbaycan və bütün azərbaycanlılar Ümummilli lider Heydər Əliyevin layiqli siyasi varisi ölkə Prezidenti İlham Əliyevin ətrafında birləşərək, milli azərbaycançılıq və vətənpərvərliyin vəhdəti şəraitində müstəqilliyini daha da möhkəmləndirir. Bu gün cənab İlham Əliyevin rəhbərlik etdiyi suveren Azərbaycan sülhsevər daxili və xarici siyasət strategiyasını həyata keçirir. Azərbaycanlıları artıq dünya miqyasında öz sivilizasiyanı və mədəniyyətini yaradan xalq kimi tanıyırlar. Sülhsevər xalqımız öz Prezidenti ətrafında birləşərək, əzmlə müstəqilliyini möhkəmlətmək arzusu ilə yaşayıb-yaradır, çünki ölkəmizdə demokratik inkişaf üçün zəruri olan təsisatlar və hüquqi baza yaradılmışdır.Bütün bunları görən Babakişi Beyləqani “İn­sa­na əziz­dir, və­tən dün­ya­dan” şeirində doğma Azərbaycanı ana kimi sevdiyini, bütün varlığı ilə Vətəninə bağlı olduğunu söyləyir:

 Şax­ta da, çov­ğun da vur­sada mə­ni,

Unut­maz ürə­yim doğ­ma Və­tə­ni.

Ana­dır-Və­tə­dir!!!

Ay­rıl­maz can­dan,

İn­sa­na əziz­dir, Və­tən dün­ya­dan!

 

                Babakişi Beyləqani gənc nəslin vətənpərvərlik tərbiyəsi ilə bağlı həmişə şeirlərində yazır.Bildirir  ki, vətənpərvərlik  tərbiyəsi  dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir. O dəfələrlə gənclərlə, məktəblərdə şagird və müəllimlərlə keçirdiyi görüşlərdə gəncləri, məktəbliləri Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına səsləyir.

Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacib olmasını məharətlə vurğulayır.Qarabağ torpaqlarının azadlığı uğurunda şəhid olmuş Beyləqan rayonu Birinci Aşıqlı kəndinin igid oğlu İl­qar Qur­ba­no­vun xa­ti­rə­si­nə yazdığı “Bey­lə­qan ye­ti­rib sənin tək bir ər.” şeiri həyəcansız oxumaq mümkün deyil.

 

Büstü də ucalıb öz məktəbində,

Ağlayır anası Şirinbəyim də.

Gül-çiçək içində İlqarın belə,

Yaşayar yüz illər adı da hələ.

 

Aşıqlı elində bir igid vardı,

Düşməni məhv edən o, qəhrəmandı.

Adı yazılıbdı xalqın qəlbinə,

Şöhrəti yayılıb doğma elinə. 

       Ürəyi daima Azərbaycanla döyünən Babakişi Beyləqani inanır ki, bir gün  gələcək ki, müvəqqəti itirdiyimiz torpaqları Azərbaycanın güclü, qüdrətli ordusu geri qaytaracaq. Azərbaycanın ay-ulduzlu üç rəngli bayrağı Şuşada dalğalanacaq, inşallah. “Azər­bay­can ” şeirində yazır:

Bir gün gə­lər doğma Azər­bay­ca­nın,

Asa­rıq Şu­şa­da üç rəng bay­ra­ğın.

Elin ar­zu­su­dur bü­tün və­tən­də,

Qur­ban­lar kə­si­lər Cı­dır dü­zün­də.

Bu il Babakişi Beyləqaninin 75yaşı tamam olur. Bu yetmiş beş ildə Babakişi müəllimin yeddi kitabı işıq üzü görüb. Moskvada nəşr olunan  “Moskovskiy rodniki” (Moskva bulaqları), ölkəmizdə nəşr olunan ,Azərbaycan bulaqları”, “Azərbaycan bulaqlarında” kitabları əsil vətənpərvər bir şairin xalqımıza ərməğanıdır.Şairin  ən böyük uğurlarından biri  onun ərsəyə gətirdiyi “Azərbaycan bulaqlarında “kitabıdır desəm səhv etmərəm. Əsil vətənpərvər bir insan, şair kimi elimizi-obamızı qarış-qarış gəzərək Azərbaycanda olan bulaqlar haqqında kitab yazmaq  qəhrəmanlıqdır. Babakişi müəllim sizi 75 yaşınızın tamam olması münasibətilə “Müstəqil Respublika”,“Quruluş” qəzetlərinin yaradıcı kollektivi, “Sözlü sehrli dünya” ədəbi məclisinin kollektivi adından təbrik edir, yaradıcılıq uğurları arzulayırıq.

Elman İsrafiloğlu,

“Quruluş” qəzetinin təsisçisi, baş redaktoru, AYB, AJB-nin üzvü, hergun.az saytının rəhbəri, “Sözlü sehrli dünya” ədəbi məclisinin sədri