“Fənərbaxça” futbolçusunun “Qarabağ”a keçməməsinin səbəbi bilindi

15:40 07-02-2020 482

Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Alpər Potukun “Qarabağ”a keçməməsinin səbəbinə aydınlıq gəlib.

HerGun.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcrübəli futbolçunun özü Ağdam komandasında oynamaq istəməyib.

Belə ki, “Fənərbaxça” əsas heyətindən kənarlaşdırdığı, maaşını 1,2 milyon avroya saldırdığı 28 yaşlı futbolçusunun “Qalatasaray”, “Beşiktaş”, “Trabzonspor” və “Başakşəhər” kimi rəqiblərinə, o cümlədən çempionluq yarışında lider olan “Sivasspor”a keçməsinə mane olub.

İstanbul klubu onun yalnız “Rizəspor” və “Qarabağ”a keçməsinə müsbət yanaşıb. Əgər A.Potuk “Qarabağ”a keçsəydi, Ağdam klubu onun yarım mövsümlük maaşının yarısını ödəyəcəkdi. Ancaq futbolçu hər iki kluba keçməkdən imtina edib.

Qeyd edək ki, A.Potukun adı Türkiyə Futbol Federasiyasının iştirak ərizəsinə təqdim edilmədiyindən, o, cari mövsümün sonunadək Super Liqada oynaya bilməyəcək. O, cari mövsümün yalnız beş çempionat oyununda meydana çıxıb. 

Səbuhi Musayev