İsraildə azərbaycanlı öldürülüb - FOTO

05:20 08-02-2020 556

İsraildə azərbaycanlı qətlə yetirilib.

İsrail mətbuatının verdiyi məlumata əsasən, 40 yaşlı kişinin cəsədi ötən gün Tel-Əvivlə Ramat-Qan arasındakı Volfson parkında tapılıb.

İlkin məlumata görə, o, odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. 

Bildirilir ki, hadisə baş verən ərazi və yaxın küçələr polis əməkdaşları tərəfindən bağlanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törədən şəxs və ya şəxslərin axtarışına başlayıb.

“Report”un etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, qətlə yetirilən şəxs əslən Azərbaycandan olan 1971-ci il təvəllüdlü Nizami Orucovdur. O, bir neçə il əvvəl ailəsi ilə birlikdə Azərbaycandan İsrailə köçüb və orada fəhlə işləyib.