Cağatay Ulusoyun yeni əsgərlik fotoları mediaya sızdı - FOTO

10:20 08-02-2020 505

Türkiyənin ən çox qazanan aktyorlarından olan Çağatay Ulusoy Ankarada 21 günlük ödənişli hərbi xidmət keçir.

HerGun.Az xəbər verir ki, son olaraq “Hakan – Muhafiz” serialına çəkilən yaraşıqlı aktyorun hərbi xidmətindən olan yeni fotoları sosial mediaya sızıb.

Ankaranın Mamak bölgəsində hərbi xidmətdə olan Çağatayın əsgər yoldaşları ilə yeni fotoları izləyicilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Ç.Ulusoy qısamüddətli hərbi xidmət üçün 31 min lirə (təxminən 8 min 962 manat) pul ödəyib.

Rəşad Əliyev