Rəqsanənin əri ilə olan şəkli izləyiciləri qəzəbləndirdi - FOTO

12:20 08-02-2020 482

Müğənni Rəqsanə İsmayılova ərinin görüntülərini paylaşıb.

HerGun.Az xəbər verir ki, o, “Instagram” hesabında əri ilə olan foto paylaşıb.

Qeyd edək ki, müğənni məşhur iş adamı Fazil Əmiraslanovla ailə həyatı qurub. Beş ildən çoxdur ki, Rusiyanın paytaxtı Moskva şəhərinə köçüb və orada müğənni kimi fəaliyyətini davam etdirir.

Sənətçi divanda uzanıb, əri isə yanında əyləşib. “Güvəndiyim tək sirdaşım” başlığı altında İsmayılovanın yayımladığı fotoya 3 mindən çox bəyənmə gəlib, yüzlərlə şərh yazılıb.

İzləyicilər Rəqsanəni bu şəkli paylaşdığına görə, tənqid ediblər. Fotoya “Başqa bir paylaşım edə bilməzdin?”, Ömür-gün yoldaşınızla səviyyəli şəkil çəkdirə bilmirdiniz?”, “Bəxtəvərin əri quzu kimi necə əyləşib yanında” kimi şərhlər yazılıb.

R.İsmayılova isə yazılan rəylərə reaksiya verməyib.

Qeyd edək ki, müğənninin üç qız və bir oğlan övladı var.

Rəşad Əliyev