Azərbaycanda seçicilərin sayı açıqlandı
15:40 08-02-2020 463
Milli Məclisə seçkilərlə əlaqədar səsvermə hüququ olan şəxslərin sayı açıqlanıb.
HerGun.Az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, 5 milyon 329 min 460 nəfər seçkilərdə səsvermə hüququndan istifadə edə biləcək.
Qeyd edək ki, fevralın 9-da Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.
Aqşin Kərimov