Məşhur model hər kəsdən gizlətdiyi sirrini açdı - FOTO

16:00 08-02-2020 536

“Instagram”da 1,3 milyon izləyicisi olan model Yasleen Slemente özü ilə bağlı maraqlı bir sirri açıb. Məlum olub ki, cazibədarlığı ilə sosial şəbəkələrdə məşhurluq qazanan model orta məktəbdə oxuyarkən skalioz xəstəliyindən əziyyət çəkibmiş.

Bu barədə “Haber3” məlumat yayıb.

Bildirilib ki, kürəyindəki əyriliyə görə daim sinif yoldaşlarının gülüş hədəfi olan Slemente müalicə üçün verilən korseti də gizli şəkildə istifadə edirmiş.

“Xəstəliyimlə əlaqədar hər gün korsetdən istifadə etmək məcburiyyətindəydim. Onu gizlətmək üçün davamlı şəkildə kapşonlu geyimlərdən istifadə edirdim. İsti havalarda ürəyim gedəcək halda olsam belə yenə də eyni geyimdə olurdum. Sadəcə iki dostum var idi", -  deyə model bildirib.

Onun sözlərinə görə, müalicə sayəsində əməliyyata ehtiyac qalmayıb və özünə inamı yenidən qazanıb. Bundan sonra Slemente sosial mediadan aktiv şəkildə istifadə etməyə başlayıb.

Modellik karyerasına da “Instagram”da bikini markasından gələn təkliflə başladığını söyləyən Slemente son vaxtlarda hər paylaşıma görə 500-800 dollar (800-1360 AZN) arasında pul qazandığını vurğulayıb.