Hərbçi insanları girov götürüb canlı yayıma başladı - VİDEO

19:00 08-02-2020 431

Taylandın Nakhon Ratçasima şəhərində hərbçi geyimində olan şəxs ticarət mərkəzinə silahlı hücum edib. Hadisə nəticəsində azı 12 nəfər həlak olub, çoxsaylı yaralılar var. Bundan başqa, hazırda azı 16 nəfərin onun girovluğunda olduğu bildirilir.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Bildirilir ki, hücumçu silahlı basqını sosial şəbəkədə canlı yayımlayır, hadisə yerindən fotolar paylaşır. Kadrlarda hərbçi geyimində olan şəxs tətiyə çox çəkdiyi üçün barmaqlarının ağrıdığını bildirir. 

“BBC News” şübhəlinin adının Cakrapant Tomma olduğunu bildirib. Sosial şəbəkədə həmçinin onun fotoları yayımlanıb.

Hücumçunun hələ də ticarət mərkəzində olduğu ehtimal edilir. Onun motivləri bəlli deyil.