Bakıda ahıl kişi qətlə yetirildi

01:40 09-02-2020 535

Bakıda 62 yaşlı kişi bıçaqlanaraq öldürülüb.

“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Zığ şosesində 1958-ci il təvəllüdlü Əliyev Bəxtiyar Yusif oğlu bıçaq xəsarəti alıb. 

Yaralı xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, B.Əliyev xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.