“Amerika xülyası” gerçəkləşən ölkələr – TOP 8

09:00 09-02-2020 476

“Amerika xülyası” düşündüyünüzdən də yaxın ola bilər və o, yalnız ABŞ-da əlçatan deyil.

Belə bir qənaətə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) mütəxəssisləri apardıqları araşdırmadan sonra gəliblər.

İƏİT-nın ekspertləri gəlirlərin elastikliyi  əsasında aztəminatlı ailələrin neçə nəsildən sonrakı uşaqlarının ölkə üzrə orta gəlir əldə edə biləcəyini hesablayıblar. Bu göstərici uşaqların gəlirlərinin valideynlərin gəlirlərindən hansı səviyyədə asılı olduğunu müəyyən edir.

Orta hesabla, reytinqə daxil olan 30 ölkə arasında aztəminatlı ailələrdən olan uşaqlar üçün ölkə üzrə gəlirlərin orta səviyyəsinə çatmaq üçün 4-5 nəsil tələb olunur.

Maraqlıdır ki, ABŞ-ın özündə da bu göstərici praktiki olaraq orta səviyyəyə - 5 nəslə müvafiqdir.

Qeyd etmək lazımdır ki, sosial mobillik göstəricisi Şimali Avropa ölkələrində yüksəkdir. Bu dövlətlərdə ölkə üzrə orta gəlir səviyyəsinə çatmaq üçün az vaxt tələb olunur.

Beləliklə, “Amerika xülyası” aztəminatlı ailələrin uşaqları üçün ən əlçatan olan 8 ölkəni təqdim edirik:

8. Avstraliya

Ekspertlərin qiymətləndirməsinə görə, Avstraliyada dörd nəsil ərzində ölkə üzrə gəlirlərin orta səviyyəsinə çatmaq mümkündür. Bu zaman ölkədə qeyri-bərabərliyin səviyyəsini qiymətləndirmək üçün istifadə olunan Cini əmsalı 0,33 təşkil edir.

7. Kanada

Kanadada  aztəminatlı ailənin uşağına ölkədə orta gəlir səviyyəsinə çatmaq üçün orta hesabla dörd nəsil tələb olunacaq. Cini əmsalı 0.310-dur.

6. Niderland

İƏİT-nın ekspertlərinin hesablamalarına görə, Niderlandda da yoxsulluqdan çıxmaq üçün dörd nəsil lazımdır. Cini əmsalı 0.285-dir.

5. Belçika

Reytinqin digər ölkələrində olduğu kimi, Belçikada da ölkə üzrə gəlirlərin orta səviyyəsinə çatmaq üçün dörd nəsil lazımdır. Cini əmsalı 0.266-dir.

4. İsveç

Daha əvvəl də qeyd edildiyi kimi, Şimali Avropa ölkələrində “Amerika xülyası” daha çox əldə edilə bilər. İsveç ailəsi cəmi üç nəsildən sonra yoxsulluqdan çıxa bilər. Cini əmsalı 0.282-dir.

3. Finlandiya

Burada da ölkə üzrə gəlirlərin orta səviyyəsinə çatmaq üçün üç nəsil tələb olunur. Cini əmsalı 0.266-dir.

2. Norveç

Norveçdə də ailə yoxsulluq içərisindən cəmi üç nəsil ərzində çıxa bilər. Cini əmsalı 0.262-dir.

1.Danimarka

Danimarka “Amerika  xülyası”nın  gerçəkləşdiyi ölkədir. Yalnız iki nəsil ərzində Danimarka ailəsi ölkə üzrə gəlirlərin orta səviyyəsinə çata bilər. Cini əmsalı 0.261-dir.