“CinemaPlus”da parlaq “Kino Gecəsi” - FOTO

13:09 09-07-2019 695

“CinemaPlus Amburan Mall” kinoteatrında üç filmin nümayişi ilə parlaq “Kino Gecəsi” baş tutub.

Saat 23:00-dan səhər saat 07:00-dək qonaqlar “Yaraşıqlı, pis, əclaf”, “Anonim qatillər klubu” və “Stokholmda bir gün” filmlərini izləmək imkanı əldə ediblər.

Bütün gecəni səhərədək DJ-in dinamik musiqisi tamaşaçıları əyləndirib. Həmçinin, tədbirdə furşet, alkoqollu və alkoqolsuz içkilər olub.

Tədbirin təşkilində dəstək olublar: “Cinema Distribution”, “Cinemazadeh” dublyaj studiyası, “Enerji Club”, “Red Bull”, “Şeh Su” və “Carlsberg” pivəsi.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralala sizi sevindirməyə hazırdır.