Sevinc Qədirova vəzifəsindən ayrıldı: Heç bir mənfi səbəb axtarılmasın

13:09 09-07-2019 819

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova tutduğu vəzifədən ayrılıb.

Bu barədə HerGun.Az-a Sevinc Qədirova özü məlumat verib.

O bildirib ki, artıq ötən gün QSC-dəki vəzifəsindən çıxıb:

“Dünəndən etibarən “Azərbaycan Dəmir Yolları” QSC-dən ayrılmışam. Fəaliyyətimi Azərbaycan Voleybol Federasiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi kimi davam etdirəcəyəm. İşimiz yenə eynidir. Media ilə əlaqələrimizin əvvəlki kimi sıx olacağına ümid edirəm”.

S.Qədirova qeyd edib ki, yeni təyinatla bağlı qərar Cavid Qurbanov tərəfindən verilib:

“Heç bir mənfi səbəb axtarılmasın. Yeni işimə yəqin ki, bir aydan sonra başlayaram. Dörd ilə yaxın bir müddətdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində çalışmışam.

Məzuniyyət götürüb, illərin yorğunluğunu üzərimdən atıb yeni işimə daha aktiv, enerjili başlamağı düşünürəm”.

Könül Cəfərli