Məşhur model cazibədarlığı ilə göz qamaşdırdı - FOTO

00:00 10-02-2020 455

28 yaşlı model Emili Ratakovski ərini dəstəkləmək üçün iştirak etdiyi “Independent Spirit Awards” mükafatının təqdimetmə mərasimində cazibədarlığı ilə göz qamaşdırıb.

Bu barədə “Cosmopolitan” xəbər yayıb.

Bildirilir ki, məşhur modelin həyat yoldaşı Sebastyan Bear Makklard prodüseri olduğu “Uncut Gems” filminə görə mükafatlandırılıb. 

Məşhur model sevdiyi şəxsi dəstəkləmək üçün getdiyi tədbirə “Vercase”dən cazibədar bədən quruluşunu nümayiş etdirən qara mini paltar və elə həmin brenddən qara ayaqqabı geyinib. Onun bu zərif seçimi hər kəsi heyran qoyub.

Emili Ratakovski əri ilə birlikdə mavi xalıda fotoqraflara böyük məmnuniyyətlə pozlar verib.

“Ərimlə fəxr edirəm”, - deyə o, özünün “Instagram” səhifəsində yazıb.