Amerikalı aktyor “Oskar” mükafatlandırma gecəsinə qadın paltarında qatıldı

05:20 10-02-2020 504

Məşhur Hollivud aktyoru Billi Porter 92-ci “Oskar” mükafatının təqdimat mərasiminə qadın paltarında və dabanlıqlı ayaqqabıda gəlib.

“Lenta.ru” xəbər verir ki, mərasimə erkən qatılan aktyor qırmızı xalçada şəkil çəkdirməyə də macal tapıb.

Qeyd edək ki, bir neçə gün öncə Billi Porter “Sezam küçəsi” uşaq verilişinə qara donla çıxaraq amerikalı izləyiciləri qəzəbləndirmişdi.