Ekstremal idman həvəskarı olan qadın maşının təkərləri altında qaldı – VİDEO

21:40 10-02-2020 561

Qarda tübinq (şar vasitəsi ilə qarda sürüşmə) həvəsi qadının ölümü ilə nəticələnib. Hadisə Rusiyanın İrkutsk şəhərində qeydə alınıb.

Ölüm anının videosu “Moskovskiy komsomolets” tərəfindən paylaşılıb.

Qeydiyyat kamerasının videosundan görünür ki, avtomobilə yedəklənən tüb üstündəki adamla birlikdə qarşı tərəfdən gələn maşının təkərləri altında qalır. Nəşr bildirir ki, tübün qoşulduğu maşının sürücüsü içkili olub.