Serfinq zamanı sevgilisinə evlilik təklifi etdi: üzük dənizə düşdü – VİDEO

04:20 11-02-2020 574

38 yaşlı Kristofer Hart sevgilisi 32 yaşlı Loren Oye ilə Honoluluda (Havay adaları) yerləşən Kraliça çimərliyində serfinqə çıxıblar.

“Metro” xəbər verir ki, Lorenin başı dalğa axtarmağa qatışdığı an əlində üzük tutan Kristofer bir dizini serfinq taxtasına qoyaraq sevgilisinə tərəf yaxınlaşmağa başlayıb.

Bunu görən qadın təəcüblənsədə, başını yellədərək“hə” cavabını verib. Lakin bu an Kristoferin əlindəki üzük okeana düşüb.

Belə bir hadisəni nəzərə alan Kristofer, təklif üçün saxta üzük gətirib.

Əsl üzük isə sevincli cütlüyü sahildə gözləyib.