Azərbaycan əsilli aktyor özündən 30 yaş kiçik sevgilisi ilə görüntüləndi - FOTO

11:00 11-02-2020 365

Türkiyəli məşhur aktyor Tamer Karadağlının Nişantaşında yerləşən məkanlardan birindən çıxarkən birlikdə görüntüləndiyi xanımın kimliyi bəlli olub.

Bu barədə Türkiyə mətbuatı yazıb.

Məlumata görə, Tamer Karadağlı ilə kameraların obyektivinə tuş gələn xanım 1997-ci il təvəllüdlü Iraz Yıldızdır. Yıldızın Tamer Karadağlıdan 30 yaş kiçik olması diqqət çəkib.

Piano ifaçısı olan xanımın sosial şəbəkə hesablarında aktyorla birlikdə çəkilmiş fotolarını paylaşdığı da bəlli olub.

Qeyd edək ki, 24 may 1967-ci ildə Türkiyənin paytaxtı Ankarada doğulan Tamer Karadağlı Azərbaycan əsillidir.