“Zirə”nin prezidenti istefa verdi

15:45 09-07-2019 1086

Natiq İsmayılov “Zirə” Peşəkar Futbol Klubunun prezidenti vəzifəsindən istefa verib. 

HerGun.Az xəbər verir ki, N.İsmayılov 2015-ci ildən bu klubda çalışırdı.

Qeyd edək ki, Natiq İsmayılov bu klubdakı işinə icraçı-direktor kimi başlamışdı. O, 2017-ci ilin sentyabrında Bakı klubuna prezident təyin edilmişdi.