Misirdə 80-dən çox qədim məzar aşkar edilib

06:20 13-02-2020 579

Misirin Dakahliya əyalətində qazıntılar aparan arexeoloji qrup 83 qədim məzar aşkar edib.

“RİA Novosti” xəbər verir ki, ölkənin Əntiq dövrü üzrə Ali Şuranın rəhbəri Mustafa əl-Vaziri Umm əl-Xəlcan bölgəsində tapılan məzarların eramızdan əvvəl dördüncü minilliyin birinci yarısına təsadüf etdiyini bildirib.

Mütəxəssis həmçinin bu məzarların oval quyu formasında düzəldiyini vurğulayıb.

Məzarlarda gil tabutlar və müxtəlif qabqacaqlar olub.

Onun sözlərinə əsasən, o dövrə aid gil tabut ilk dəfədir ki Dakahliyada tapılır.          

Əl-Vaziri bu bölgədə daha çox analoji məzarların tapılacağından əmindir.