İran Tel-Əvivi yer üzündən silməklə hədələdi

07:20 13-02-2020 334

ABŞ-ın Tehrana hücum edəcəyi təqdirdə İran raketləri Tel-Əvivi yer üzündən siləcək.

“MIG News” xəbər verir ki, bunu İranın Hökümət Şurasının mətbuat katibi Möhsen Rezai bəyan edib.

“Biz Tel-Əvivi məhv etmək üçün bəhanə axtarırıq, çünki İsrail “Əl-Qüds”ün rəhbəri Qasım Süleymaninin öldürülməsində rol alıb”, - deyə M.Rezai vurğulayıb.

Onun sözlərinə görə, Tehran ABŞ-ın İraq və Fars körfəzi ölkələrindəki fəaliyyəti ilə bağlı dəqiq məlumata sahibdir.

“ABŞ-ın bütün hərbi bazaları və aviadaşıyıcıları İranın hərbi kəşfiyyatının nəzarəti altındadır”, - deyə İranın Hökümət Şurasının mətbuat katibi əlavə edib.