Misirdən İnterpola müraciət - Tutanhamonun Londonda satılan büstünə görə

16:27 09-07-2019 751

Misir hakimiyyəti firon Tutanhamonun daşdan hazırlanmış qədim büstünün satıldıqdan sonra yerini müəyyənləşdirmək üçün İnterpola müraciət edib.

AFP xəbər verir ki, Misir prokurorları bu cür əmanətlərin izlənilməsinə order verilməsi xahişi ilə İnterpola müraciət ünvanlayıblar.

Ehtimal olunur ki, həmin əmanətlərdə satışın qanuniliyini təsdiq edən zəruri sənədlər yoxdur.

Misir hakimiyyəti vaxtilə xarici arxeoloqların tapdığı və ölkədən qanunsuz çıxarılan artefaktların qaytarılması tələbini irəli sürür.

Qeyd edək ki, Tutanhamonun büstü iyulun 4-də Londonda keçirilmiş hərracda təqribən altı milyon dollara satılıb.