ABŞ-dakı zəlzələdən sonra yaranmış çatlar kosmosdan da görünür - FOTO

17:18 09-07-2019 666

ABŞ-ın Kaliforniya ştatında baş vermiş 7,1 maqnitudalı zəlzələ nəticəsində Yerin səthində yaranmış çatlar kosmosdan da görünür.

İzvestiya” xəbər verir ki, yeraltı təkanların episentrinin yaxınlığında əmələ gəlmiş çatlar “Plenet Labs” şirkətinin peyk təsvirlərində nəzərə çarpır.

Ştatın yollarında yaranmış çatlar da dəyişikliklərin olduğunu təsdiq edir. Hazırda bu səbəbdən avtomobil yollarından biri bağlıdır, təmir işləri aparılır.

Xatırladaq ki, iyulun 5-də Kaliforniyanın cənubunda 7,1 maqnitudalı zəlzələ baş vermişdi. Bu, 1994-cü ildən bəri Kaliforniyada ən güclü zəlzələ olub.

Nəticədə 200 minə yaxın insan işıqsız qalıb, bir neçə nəfər xəsarət alıb.