Səudiyyə şahzadəsini yönəldən qadının kimliyi məlum oldu - FOTO

02:00 14-02-2020 493

İngiltərənin “Newcastle United” kulubunun hazırkı sahibi Mayk Eşli ilə Səudiyyə Ərəbistanının İctimai Sərmayə Fondu arasında davam edən müzakirələrin son mərhələyə çatdığı bildirilir. Yerli mediada dərc olunan məlumatlara görə, tərəflər 343 milyon funt-sterlinqə (764 milyon AZN) razılaşıblar.

Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanın ağlına “Newcastle United” kulubunu almaq fikrini salanın isə Karla di Bello olduğu bildirilir.

“The Wall Street Journal” yazır ki, sözügedən şəxs tərəflər arasında əlaqələndirici rolunu oynayıb. 343 milyonluq təklifi birbaşa Di Bello icra edib.

Yasir əl-Rumayya tərəfindən idarə edilən Səudiyyənin dövlət fondlarının əsas strategiyası ölkəni neft asılılığından xilas etməkdir. Bundan başqa Məhəmməd bin Salman neft asılılığından xilas olmaq üçün böyük bir futbol şəhərinin tikintisinə göstəriş verib. Bu şəhərin tamamilə müstəqil olacağı bildirilir. Şəhərdə spirtli içkilərin sərbəst olacağı, qadınların istədikləri kimi hərəkət edəcəkləri planda yer alıb. Şəhərin adı “Neom” olacaq.