Kişi aqressiv iti dişlədi - FOTO

00:00 16-02-2020 515

İngiltərə sakini öz itlərini qorumaq üçün aqressiv rotveyleri dişləmək məcburiyyətində qalıb. Bu zaman o, dişini itirib. 

Bu barədə regional “TeessideLive” qəzeti xəbər yayıb.

Bildirilir ki, Martin Fletçer “Ben” və “Cerri” ləqəbli itlərini gəzdirərkən onlara rotveyler hücum edib. Kişi heyvanlarını qorumaq istəsə də, bu, mümkün olmayıb, aqressiv it onun da əlini yaralayır. Fletçer çarəsiz qalaraq itin qulağını dişləyib: 

“Mənim başqa yolum qalmamışdı”, - deyə kişi olanları xatırlayır.

Nəhayət, rotveylerin sahibi özünü çatdırıb və itini onlardan uzaqlaşdırıb.

Fletçer ciddi yaralanan itlərini baytara aparıb. Onun özü də tetanusa qarşı peyvənd vurdurub və antibiotiklərlə müalicə kursundan keçməli olub.

Kişinin sözlərinə görə, rotveylerin sahibi aradan çıxıb.