ABŞ Milli Kəşfiyyatının sabiq rəhbərinin qızı qətldə şübhəli bilinir

03:00 16-02-2020 390

ABŞ Milli Kəşfiyyatının keçmiş direktoru Con Neqropontenin qızı adam öldürmə ittihamı ilə saxlanılıb.

Bu barədə Merilend ştatının Montqomeri dairəsinin polisi tərəfindən yayılan məlumatda bildirilir.

“24 yaşlı Yusuf Rasmussenin öldürülməsi ilə bağlı cinayət işi açılıb. Cinayəti törətməkdə 27 yaşlı Sofiya Neqroponte şübhəli bilinir. O, hadisə yerində həbs edilib”, - məlumatda deyilir.

Con Neqroponte “Washington Post”a məlumatı təsdiqləyib.

Şahidin və öldürülən şəxsin dostunun sözlərinə əsasən, hadisə baş verən gün Yusuf və Sofiya birgə televizora baxır və spirtli içki içirdilər. Sonra isə onlar dalaşmağa başlayıblar.

Con Neqropontenin Honduras, Meksika və İraqda ABŞ-ın səfiri və 2005-ci ildən 2007-ci ilə qədər Milli Kəşfiyyatın direktoru olub.