Çində koronavirusdan ölənlərin sayı artır

04:00 16-02-2020 335

Çinin Xubey əyalətində koronavirusa yoluxanların və ölənlərin sayı artıb.

RİA “Novosti”nin məlumatına əsasən, bu barədə Regional Səhiyyə Komitəsi xəbər verib.

Bildirilir ki, Hubeydə koronavirusa  yoluxmuş insanların sayı 56,2 min nəfəri ötüb, 139 yeni ölüm halı qeydə alınıb.

Ümumilikdə isə əyalətdə bu xəstəlikdən 1596 nəfər dünyasını dəyişib.

Regionda sutka ərzində virusa 1843 nəfər yoluxub, 849 nəfər isə sağalıb.