“SpaceX” internet peyklərini yenə kosmosa yollamadı

06:20 16-02-2020 491

“SpaceX” korporasiyası “Starlink” sisteminin 60 peykini daşımalı olan “Falcon 9”  raketinin kosmosa buraxılmasını təxirə salıb.

Bu barədə şirkətin “Twitter” səhifəsində bildirilir. 

“Peykləri daşıyan raketin buraxılması fevralın 17-ə planlaşdırılır”, - məlumatda deyilir.

Qeyd eidlir ki, şirkətin əməkdaşları ikinci pillənin klapan komponetini ətraflı yoxlamaq istəyirlər.

Xatırladaq ki, “SpaceX” pis hava şəraiti səbəbindən “Starlink” internet peyklərinin buraxılmasını yanvar ayının sonunda da təxirə salmışdı.