Mədət Quliyev şöbə müdirini işdən çıxardı

21:54 09-07-2019 752

Müdafiə Sənayesi Nazirliyində (MSN) kadr dəyişikliyi olub.

“Azeri Defence”in məlumatına görə, nazir Mədət Quliyevin əmri ilə MSN-in Beynəlxalq hərbi-texniki əməkdaşlıq şöbəsinin müdiri Rəmzi Şükürov vəzifəsindən azad edilib.

Qeyd edək ki, Rəmzi Şükürov bu vəzifəyə bir neçə il öncə sabiq nazir Yavər Camalovun dövründə təyin olunmuşdu.