İdarəetməni itirən sürücü əvvəl çəpərə, daha sonra isə şirniyyat dükanına girdi - VİDEO

11:20 17-02-2020 390

Türkiyənin Ərzurum şəhərində sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil əvvəl yol kənarında olan çəpərə, daha sonra isə şirniyyat dükanına girib. 

Türkiyənin “İhlas” xəbər agentliyi (İHA) yazır ki, hadisə Ərzurum şəhərinin Gürcüqapı prospektində baş verib. 

Hadisə nəticəsində sürücü yüngül xəsarət alıb.