Trampın korteji yarış meydanına çıxdı - VİDEO

11:40 17-02-2020 429

ABŞ Prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Trampla birlikdə 62-ci “Daytona 500” avtomobil yarışının açılış mərasiminə qatılıb.

Bu barədə “Haber Global” məlumat verib.

ABŞ prezidenti açılışdan əvvəl yarış meydanında öz limuzini ilə dövrə vurub. Prezidentin maşın kortejinin yarış meydanında görünməsi təəccüblə qarşılanıb.

Tramp açılış nitqindən sonra “mühərrikləri işə salın” göstərişini verib.

Tramp ABŞ-da ənənəvi keçirilən yarışların açılışına qatılan ikinci prezident olub. Buna qədər ABŞ-ın keçmiş prezidenti Corc Buş da “Daytona 500” avtomobil yarışının açılış mərasimində iştirak edib.