28 yaşlı hindistanlı Useyn Boltun rekordunu təzələdi - VİDEO

12:20 17-02-2020 395

Hindistanda keçirilən ənənəvi “Öküzlə qaçma” yarışları zamanı 28 yaşlı Srinivas Qaudi 100 metrlik məsafəni 9,55 saniyəyə qaçaraq, yamaykalı atlet Useyn Boltun rekordunu təzələyib. 

REN.TV məlumat verir ki, S.Qaudi ixtisasca inşaatçıdır və “Kambala” adlanan ənənəvi yarışlarda iştirak edir.

Rekord rəsmi olaraq təsdiqlənməsə də, mütəxəssislərin və azarkeşlərin diqqətini çəkib.