Bıçaqla kilsəyə hücum etdi: Yaralılar var - VİDEO

17:00 17-02-2020 417

Moskva şəhərində yerləşən kilsələrdən birində baş verən bıçaqlanma hadisəsinin görüntüləri yayımlanıb.

Lenta.ru xəbər verir ki, bıçaqla silahlanan gənc ibadət vaxtı kilsəyə daxil olaraq, iki kilsə xidmətçisini yaralayıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədən 26 yaşlı Yefim Yefimovu saxlayıb. Cinayətin hansı səbəbdən törədildiyi araşdırılır.