Bakıda maşın aşdı, yol bağlandı - VİDEO

20:40 17-02-2020 342

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Sosial şəbəkələrdə yayılan məlumata görə, hadisə Zabrat-Sabunçu yolunun İkinci Zabrat yaşayış massivinin ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, idarəetməni itirən “Wolksvagen” markalı avtomobil işıq dirəyinə çırpılaraq aşıb.

Hadisə yerinə yol polisi və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Qəza səbəbilə yolda sıxlıq yaranıb.