Zelenskinin çəkildiyi film Ukraynada qadağan edildi

17:40 18-02-2020 343

Ukraynada “Dövlət Film Agentliyi” 2019-cu ildə ölkədə beş filmin nümayişinə və yayılmasına qadağa qoyub.

REN TV bu barədə agentliyin rəsmi saytında yayılan məlumata əsasən xəbər yayıb.

Bildirilir ki, qadağan olunmuş filmlərdən birində prodüser, ssenarist və aktyor Ukraynanın hazırkı lideri Vladimir Zelenskidir.

“Səkkiz ilk görüş” adlanan həmin film Rusiyada çəkilib.